EN
RU
Şəxsi kabinet
19-cu Xəzər Beynəlxalq
Nəqliyyat, Tranzit və Logistika Sərgisi

9 - 11 iyun 2021 Bakı Ekspo Mərkəzi
transcaspian

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Diqqət Yeni tarixlər!

Sərgidə sponsorluq imkanları
TransLogistica Caspian - Nəqliyyat sektoru iqtisadiyyatın pandemiyadan ən çox əziyyət çəkmiş sahələrindən biridir
Media мərkəz » Xəbərlər

Nəqliyyat sektoru iqtisadiyyatın pandemiyadan ən çox əziyyət çəkmiş sahələrindən biridir
29.04.2020

Xəbərlər

Bakı, 29 aprel, AZƏRTAC 

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev koronavirus pandemiyası ilə əlaqədar yükdaşıma sektorunda görülən işlər və təhlükəsizlik tədbirləri barədə müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-COVID-19 koronavirus infeksiyasının fəal yayıldığı şəraitdə regionda TRASEKA layihəsinin iştirakçısı olan ölkələrin yükdaşıma sahəsində vəziyyət barədə nə deyə bilərdiniz?

-İlk növbədə, TRASEKA regionu ölkələrində görülən tədbirlər barədə söhbət açmaq imkanına görə minnətdarlığımı bildirmək istərdim.

Hazırda biz son onilliklərdə dünya iqtisadiyyatına ən kəskin zərbəni müşahidə edirik. Həm insanların həyatı üçün, həm də onların ilkin tələbat mallarına ehtiyaclarının təmin edilməsi üçün real təhlükə yaranıb. Bu məsələlərin həllində yükdaşımalar, o cümlədən tibb müəssisələrinin zəruri avadanlıq və preparatlarla təmin edilməsi həlledici rol oynayır.

Bir məqama diqqətinizi cəlb etmək istərdim ki, nəqliyyat sektoru iqtisadiyyatın pandemiyadan ən çox əziyyət çəkmiş sahələrindən biridir. Sərnişinlərin yerdəyişmələrinə ciddi məhdudiyyətlər qoyulmasına baxmayaraq hava, dəmiryol və avtomobil nəqliyyatı ilə yüklərin daşınması davam edir. Pandemiya ilə əlaqədar dəmiryol nəqliyyatı ilə yükdaşımalarda praktiki olaraq dəyişiklik olmayıb, avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində isə TRASEKA ölkələri bir sıra məhdudlaşdırıcı tədbirlər görüblər. Ona görə də bu gün mən əsas diqqəti avtomobil nəqliyyatı ilə yükdaşımalar sektoruna cəlb etmək istərdim.

TRASEKA ölkələrinin əksəriyyəti öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görüblər. Bu məhdudiyyətlər avtomobil yükdaşımalarına da aiddir: sürücülərin tibbi müayinəsi və karantin, ölkə ərazisinə girişin qismən qadağan edilməsi belə tədbirlərdəndir. Gördüyünüz kimi, sərhəd nəzarəti tədbirləri infeksiyanın yayılmasını azaldır, lakin eyni zamanda yüklərin sərbəst yerdəyişmələri də məhdudlaşır. Nəticədə bəzi sərhədlərdə nəqliyyat sıxlığı müşahidə olunur.

Bu vəziyyət gərginliyin artmasına, sürücülərin əmək şəraitinin pisləşməsinə, daşınan yüklərin həcminin və yükdaşıma sürətinin azalmasına, daşımalarla bağlı xərclərin artmasına, daşınan yükün bahalaşmasına və onların çatdırılma müddətinin artmasına səbəb olur.

Biz TRASEKA ölkələrinə xəbərdarlıq edirik: əgər bütün ölkələr məhdudlaşdırıcı tədbirlər görsələr yükdaşımaların kollapsı ehtimalı artır. Maraqlıdır, ölkələrdə görülmüş daha sərt və daha yumşaq məhdudlaşdırıcı tədbirlər koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə praktiki olaraq eyni nəticə verir. Yəni daha yumşaq məhdudlaşdırıcı tədbirlər görülən ölkələrdə sürücülərin təqsiri üzündən yoluxma hallarının artması müşahidə olunmur. Beləliklə, bizim əsas vəzifəmiz dəhliz ölkələrində tətbiq edilən ən yaxşı praktikalar əsasında TRASEKA ölkələri arasında görülən tədbirləri uyğunlaşdırmaqdır.

-TRASEKA ölkələri arasında yüklərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək üçün hansı əlavə operativ tədbirlər görülməlidir?

-İlk növbədə, sərhəddə səmərəli idarəetməyə kompleks yanaşma tətbiq edilməlidir. Ən birinci prinsip davamlı multimodal nəqliyyat şəbəkəsinin təmin edilməsidir. TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ən yaxşı praktikaları, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, pandemiyanın yayılması təhlükəsi ilə üzləşmiş ölkələrdən olan həmkarlarımızın təcrübəsini öyrənərək, 2020-ci il martın sonunda mövcud məhdudiyyətlər şəraitində TRASEKA ölkələrində yükdaşımaların təmin edilməsi üzrə tövsiyələr hazırlayıb. Bu sənəddə TRASEKA regionunda yüklərin fasiləsiz daşınması və insanların təhlükəsizliyi prinsipi əsas götürülüb.

Biz həmin tövsiyələrdə təhlükəsizliyin təmin edilməsinə, dəhlizin bütövlüyünə, yükgöndərmələrin fasiləsizliyinə, effektivliyinə və loyallığına yönəlmiş kompleks yanaşma tətbiq etmişik.

TRASEKA ekspertləri daha sonra pandemiyanın yayılma dinamikasında müsbət nəticələr nümayiş etdirmiş dəhliz ölkələrinin təcrübəsinə əsaslanaraq avtomobil nəqliyyatı ilə ixrac-idxal və tranzit yükdaşımalar üçün razılaşdırılmış vahid şərtlər hazırlayıblar. Bu şərtlər TRASEKA ölkələri tərəfindən yüklərin maksimum təhlükəsiz və fasiləsiz daşınması üçün şərait yaradılmasına yönəlib. Dəhliz ölkələrinin zəruri mallarla təmin edilməsi, humanitar yardımın daşınması və TRASEKA ölkələrində iqtisadiyyatın nəqliyyat sahəsinin dəstəklənməsi, eyni zamanda, əhalinin təhlükəsizliyinin təmin edilməsi, sürücülərin və sərhədlərin yükünün yüngülləşdirilməsi üçün bu şərtlərə riayət edilməsi zəruridir.

-Yükdaşımalar prosesinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər və razılaşdırılmış şərtlər hazırlanmasında hansı amillər əsas götürülüb?

-Biz hesab edirik ki, hökumətlərarası səviyyədə əlaqələndirmə mühüm rol oynayır. Bu, sərhədlərin idarə edilməsi ilə bağlı tədbirlər hazırlanmasında əsas amildir. Bütün TRASEKA dəhlizi boyunca ölkələr arasında razılaşdırılmış və kollektiv tədbirlər mühüm rol oynayır. Görülən tədbirlər həm tranzit səfərlərə, həm də ölkələr arasında ixrac-idxal daşımalarına kömək etməlidir. Sərhədlərdə eyni hərəkətlərin təkrarlanmaması üçün sərhədyanı ölkələr arasında sağlamlığın skrininqi zamanı səylərin əlaqələndirilməsi zəruridir. Bu gün məhz hər bir sərhəddə sürücünün vəziyyətinin yoxlanması və onun 14 gün karantində qalması avtomobil nəqliyyatı ilə yükdaşımaları ləngidən amildir.

-Nəqliyyat dəhlizlərinin perspektivləri barədə nə demək istərdiniz?

-Hazırda hər hansı proqnozlar verməyə əsas yoxdur. Dünyamız daha heç vaxt əvvəlki kimi olmayacaq. İqtisadiyyat dəyişəcək, nəinki ayrı-ayrı şirkətlər, təşkilatlar, strukturlar, hətta iqtisadiyyatın bütöv sektorları, o cümlədən nəqliyyat-logistika kompleksi transformasiyaya məruz qalacaq. Bununla bərabər inanmaq istərdik ki, TRASEKA regionu ölkələrinin iqtisadiyyatı üçün bu mürəkkəb dövrdə Avropa-Qafqaz-Asiya dəhlizi üzrə yükdaşımalara dair qəbul edilmiş tövsiyələr və razılaşdırılmış şərtlər həmin ölkələrdə maksimum tətbiq ediləcək, bu şərtlər dəhliz boyunca yüklərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi üçün tələblər səviyyəsinə yaxın olacaq.

TRASEKA Daimi Katibliyi COVID-19-un yayılmasına yol verilməməsi şəraitində ən yaxşı praktika əsasında TRASEKA ölkələrinə, həmin ölkələrdən və onların ərazisindən keçməklə avtomobil nəqliyyatı ilə yükdaşımalara dair vahid tələblərin tətbiq edilməsi layihəsinin bu ölkələr tərəfindən bəyənilməsi üçün onların müzakirəsinə təqdim edib. Biz yaxın vaxtlarda həmin ölkələrin dəstəyi ilə bu sənədin qəbul edilməsini nəzərdə tuturuq.

Mövcud maneələrə baxmayaraq TRASEKA dəhlizi boyunca bütün marşrutları inkişaf etdirməyi, nəqliyyat baryerlərinin mərhələli şəkildə aradan qaldırılması üçün praktiki addımlar atılmasını planlaşdırırıq.

Bizim regionda yükdaşımalar prosesinin iştirakçılarını daha geniş məlumatlandırmaq məqsədilə TRASEKA saytında COVID-19 şəraitində daşımaların həyata keçirilməsi rejimi barədə xüsusi bölmə yaradılıb. Saytın həmin bölməsi ilə tanış olmaq üçün istinad: http://www.traceca-org.org/en/news/covid-main/ .



bottombottom
Tərəfdaşlar