EN
RU
Şəxsi kabinet
19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
22 - 24 aprel 2020 Bakı Ekspo Mərkəzi
transcaspian

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya
TransLogistica Caspian - “Kryukov Vaqonqayırma Zavodu”nun kompleks təklifi
Media мərkəz » Xəbərlər

“Kryukov Vaqonqayırma Zavodu”nun kompleks təklifi
12.06.2019

Xəbərlər

Sergey Klimenko, “Kryukov vaqonqayırma zavodu” PSC-nin reklam bölməsinin rəhbəri

– “Kryukov Vaqonqayırma Zavodu” Publik Səhmdar Cəmiyyəti Ukraynada nəqliyyat vasitələrinin, eləcə də dəmir yolu üçün hərəkət heyətinin aparıcı istehsalçısıdır. Şirkət dəmir yolu üçün yük və sərnişin vaqonlarının, lokomotiv dartqılarının, metro vaqonlarının, magistral sürət qatarlarının, dizel qatarlarının və digər maşınqayırma məhsullarının kompleks istehsalı, texniki baxış və təmiri sahəsində ixtisaslaşıb.

Biz “TransCaspian 2019” sərgisində öz məhsullarımızın tam spektrini təklif edirik. Bunların arasında müasir magistral yük və müxtəlif tip və konstruksiyada ixtisaslaşmış vaqonların 45-dən çox modeli; sərnişin vaqonlarının 48 model və modifikasiyası, eləcə də müxtəlif maşınqayırma məhsulları – eskalatorlar, konteynerlər, avtomobillər üçün yarımqoşqular, təmizləyici maşınlar və s. yer alır. Lakin biz yerli bazarın tələbatını bildiyimiz üçün əsas diqqəti yük vaqonlarına yönəldirik. Məsələ ondadır ki, biz əvvəllər də sərginin işində iştirak etmişik və (məsələn) ötənilki sərgi nəticəsində biz Azərbaycana kiçik sayda yük vaqonlarının hərəkət heyətini satmağa nail olmuşuq. Hesab edirəm ki, builki iştirak da öz faydasını verəcək.



Tərəfdaşlar