EN
RU
Şəxsi kabinet
19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
22 - 24 aprel 2020 Bakı Ekspo Mərkəzi
transcaspian

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya
Sərgi » Sərgi haqqında

“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. Həmçinin, “TransLogistica” sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir. 

 

Sərginin sektorlari

NƏQLİYYAT-LOQİSTİKA XİDMƏTLƏRİ

  • Avtomobil daşımaları;
  • Hava daşımaları;
  • Dəniz daşımaları;
  • Dəmiryol daşımaları;
  • Ümumi yüklər (“Break Bulk cargo”);
  • “Cold Chain” daşımaları / loqistika;
  • Təkərli texnikanın daşınması (“Roll-on/ roll-off shipping”);
  • Multimodal yükdaşıma;
  • Ekspeditorluq;
  • Assosiasiyalar, QHT, komitələr;
  • Tullantıların utilizasiyası üzrə loqistika;
  • Gömrük xidmətləri;
  • Kuryer vasitəsi ilə çatdırılma;
  • Neft və neft məhsullarının daşınması;
  • İntraloqistika - anbar sistemləri, qaldırıcı-nəqliyyat avadanlıqları, məlumatlandırma sistemləri və anbarları avtomatlaşdırma vasitələri, “RFID” texnologiyaları, qablaşdırma və sifarişləri komplektləşdirmə avadanlıqları;
  • Loqistika mərkəzləri, müvəqqəti saxlama anbarları (MSA);
  • Kuryer vasitəsi ilə və ekspress çatdırılma;
  • Yerdəyişmə xidmətləri.

HƏRƏKƏT HEYƏTİ VƏ DƏMİRYOL İNFRASTRUKTURU

  • Dövlət dəmir yolları;
  • Lokomotivlər - parovozlar, elektrovozlar, teplovozlar;
  • Sərnişin vaqonları;
  • Yük vaqonları - sisternlər,  “dampkar”lar (özüboşaldan vaqonlar), “hopper”lər (bunker tipli vaqonlar), platformalar, avtomobil daşıyıcıları;
  • Komplektləşdirici hissələr – əyləc / elektrik avadanlıqları, kondisiyalaşdırma və isitmə sistemləri, texniki rezin məmulatları, təkərlər, mühərriklər, çərçivələr;
  • İnteryer - oturacaqlar, maşinist pultu, döşəmə örtükləri, tualet və su təchizatı sistemləri, mebel, qidalanma, işıqlandırma;
  • Elektrikləşdirmə və enerji təchizatı - avadanlıqlar, transformatorlar, kontakt şəbəkəsi cihazları, avtomatlaşdırma sistemləri, paylayıcı avadanlıqlar, nəzarət sistemləri və teleavtomatika;
  • Yolun üst hissəsinin tikintisi - relslər, şpallar, oxlu keçidlər;
  • Dəmir yolları və dəmiryol stansiyalarının layihələndirilməsi və tikintisi, tunel tikintisi;
  • Dəmir yollarının tikintisi və döşənməsi üçün texnika, mühərrikli vaqonlar (“avtomotris”lər), motovozlar;
  • Qar və yol təmizləyən maşınlar, kimyəvi və texniki vasitələr;
  • Yükləmə və yükboşaltma sistemləri;
  • Çəki avadanlıqları.

DƏNİZÇİLİK SƏNAYESİ

  • Dəniz administrasiyaları, gəmiçilik;
  • Dənizçilik təşkilatları;
  • Dəniz və çay limanları;
  • Liman avadanlıqları, liman kranları, liman təhlükəsizlik sistemləri;
  • Liman operatorları;
  • Dəniz və çay limanları, yük və sərnişin terminallarının layihələndirilməsi, tikintisi və rekonstruksiyası;
  • Dəniz loqistika mərkəzləri;
  • Gəmiqayırma, gəmi təmiri, tərsanələr;
  • Qəza-xilasetmə işlərinin həyata keçirilməsi və fəlakət / qəza fəsadlarının aradan qaldırılması üçün gəmi və avadanlıqlar;
  • Gəmilər üçün yanacaq və yağların istehsalı;
  • Gəmi avadanlıqları;
  • Dənizçilik sənayesində ekoloji təhlükəsiz texnologiyalar;
  • İctimai su nəqliyyatı - su taksisi, gəzinti katerləri, kiçik həcmli gəmilər;
  • Geofiziki texnologiya və avadanlıqlar;
  • Hidrometeorologiya;
  • Hidroqrafiya, dərin hövzələrin monitorinqi sistemləri;
  • Radiolokasiya və naviqasiya sistemləri.

AVİASİYA

  • Aviaşirkətlər, aviasiya təşkilatları;
  • Hava gəmilərinin - təyyarə, vertolyot və pilotsuz uçuş aparatlarının istehsalı və satışı;
  • Hava gəmiləri üçün ehtiyat hissələri və aqreqatlar, mühərriklər, interyer;
  • Hava gəmilərinə texniki xidmət;
  • Hava limanlar – tikinti, konsaltinq və layihələndirmə, uçuş / enmə zolaqlarının nişanlanması və işarələnməsi üçün vasitələr, işıqlandırma sistemləri;
  • Hava limanları üçün avadanlıqlar  - yüklərin / baqajın işlənməsi üzrə sistemlər, mebellər, eskalatorlar, “travelator”lar (hərəkət edən pilləkənlər), səs avadanlıqları, sərnişinləri məlumatlandırma sistemləri, video-müşahidə sistemləri, yanğından mühafizə texnologiyaları, skannerlər;
  • Yanacaq və sürtgü yağları, yanacaqdoldurma vasitələri;
  • Avionika - rabitə sistemləri, naviqasiya, göstəricilər, uçuşa nəzarət sistemi (FCS), meteo-müşahidə sistemləri;
  • Simulyatorlar, təlim mərkəzləri;
  • İaşə xidmətləri;
  • Yük terminallarının operatorları, yük aviadaşıyıcıları;
  • Hava təcili tibbi yardım vasitələri;
  • Təyyarənin modelləşdirilməsi.

KOMMERSİYA NƏQLİYYATI

  • Yedəkli nəqliyyat vasitələri;
  • Furqonlar - sənaye malları üçün furqonlar, izotermik furqonlar, furqonlu yük-sərnişin maşınları;
  • Mikroavtobuslar, vaqonetlər və mini-vaqonetlər;
  • Tibbi və sanitar avtomobillər;
  • Evakuatorlar, avto-daşıyıcılar;
  • Avtokarlar, riçstakerlər, qaldırıcılar;
  • Zirehli avtomobillər, inkassator maşınları;
  • Qoşqular və yarım-qoşqular;
  • Kommunal texnika – zibil maşınları, qartəmizləyicilər və vakuum maşınları;
  • Konteynerlər, sökülən kuzovlar;
  • Komplekt və ehtiyat hissələri;
  • Sürtgü materialları;
  • Şinlər, disklər;
  • Servis və təmir avadanlıqları;
  • Texniki xidmət mərkəzləri.

Tərəfdaşlar