EN
RU
Şəxsi kabinet
19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
22 - 24 aprel 2020 Bakı Ekspo Mərkəzi
transcaspian

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya
Sərgi » Rəylər

Ramin Quluzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri – “Ölkəmizdə hər il keçirilən “TransCaspian” sərgisinə maraq ildən-ilə artmaqdadır. İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu bu ilki tədbirimiz də həmişə olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin və ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan, Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu layihələrdən 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir.”

 

Taleh Ziyadov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru – “Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir, çünki Azərbaycanın qeyri-neft sektoru üzrə ən perspektivli layihələrindən biri məhz loqistika və nəqliyyat sahəsində reallaşdırılır. Bütün dünyanın loqistika və nəqliyyat şirkətlərinin Bakıda keçirilən sərgidə iştirakı, onların Azərbaycanda gedən proseslərlə tanışlığı ölkə, eləcə də vətəndaşlar üçün böyük əhəmiyyətə malikdir.”

 

Sergey Klimenko, Kryukov Vaqonqayırma Zavodu (“Крюковский вагоностроительный завод”) ASC-nin reklam şöbəsinin rəhbəri

“TransCaspian 2018 sərgisində iştirak etməkdə məqsədimiz Azərbaycan bazarının nümayəndələri ilə işgüzar əlaqələrin qurulması, yeni müştərilərin, tərəfdaşların qazanılması, məhsul tədarükünün və / və ya birgə istehsalın təmin edilməsidir.”


Tərəfdaşlar