17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

11 - 13 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

TransCaspian / Translogistica - Odessada yüksək səviyyəli II Beynəlxalq nəqliyyat konfransı keçirilib

Odessada yüksək səviyyəli II Beynəlxalq nəqliyyat konfransı keçirilib
08.09.2017

Xəbərlər

Ukraynanın Odessa şəhərində “İnteqrasiya olunmuş Avropa-Asiya nəqliyyat dəhlizləri” adlı yüksək səviyyəli II Beynəlxalq nəqliyyat konfransı keçirilib.

Konfransda Ukrayna, Rumıniya, Gürcüstan, Bolqarıstan, Litva, Polşa, Çin, Moldova, Qazaxıstan və Macarıstanın nazir və nazir müavinləri, şirkət rəhbərləri eləcə də GUAM, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyası kimi Beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər. 

Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid QurbanovNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “ Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov təmsil ediblər.

Konfrans iki sessiyadan ibarət olub. İlk sessiya Avropa-Asiya istiqamətində rəqabətədavamlı nəqliyyat üstünlüklərinin aşkar edilməsinə, ikinci sessiya isə həmin istiqamətdə yük axının artırılmasına həsr edilib.

Tədbirdə iştirakçı ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətədavamlı üstünlüklərinin aşkar edilməsi, yüklərin hərəkətinə maneələr törədən amillərin aradan qaldırılması və ticari prosedurların sadələşdirilməsi, Avropa-Asiya istiqamətindəki yük daşımalarında ümumiləşdirilmiş texniki və texnoloji şəraitin yaradılması, intermodal nəqliyyat sistemlərinin inkişafı və Avropa-Asiya istiqamətindəki yük axınının effektiv logistik idaretməsi haqqında məsələlər müzakirə edilib.

Sonda tərəflər birgə bəyanatla çıxış ediblər.


Xəbərlər

Bütün xəbərlər