17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

11 - 13 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Sərgi » Sərgi haqqında

26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2017” sərgisi keçirildi. Sərgi ilə birlikdə 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçiriləcək. Bu tədbirlərin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi mətbuat konfransından sonra işinə başladı. Konfransda Mais Ağayev - Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri, Fərid Məmmədov – “Iteca Caspian” şirkətinin icraçı direktoru, Səbinə Rzayeva – layihə rəhbəri iştirak etmişdilər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə Azərbaycanın iştirakı ilə keçirilən nəqliyyat və yükdaşıma layihələr, təqdim olunan yeniliklər və nəqliyyat sahəsi ilə bağlı ölkə üçün təkliflər haqqında məlumat verildi. Mətbuat konfransında 28 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: APA, ATV, ARB TV, AzTv, ITV, Lider TV, SalamNews, TREND və s.

Sərginin təntənəli açılış mərasimi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirin – Ramin Quluzadə və “ITE Group” regional direktorun –  cənab Edvard Stroon iştirakı ilə keçirildi. Açılış mərasimdə çıxış edərkən, Ramin Quluzadə Azərbaycan Respublikası Hökümətinin nəqliyyat sektoruna böyük diqqət göstərdiyini qeyd etdi. Hazırda Azərbaycanda ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” və “Bakı-Tbilisi-Qars” kimi nəqliyyat layihələri uğurla həyata keçirilir. Xəzər Dəniz Limanının inşası və azad iqtisadi zonanın yaradılması ölkəyə böyük investisiyaların cəlb edilməsi üçün şərait yaradır.

Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 14 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Litva, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələri təmsil edən 88 şirkət iştirak edir. Sərgidə iştirak edən dövlət qurumların arasında “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, “Ukrzaliznytsa” Ukrayna Dəmir Yolları və onun filialları, “Həştərxan Dəniz Limanı” QSC və digər. Şirkətlər tərəfindən təqdim olunan məhsullar və xidmətlər sərginin əsas sektorlarını əhatə etməklə sahəsinin inkişafını və miqyasını nümayiş etdirdi.

“TransCaspian/Translogistica” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qeyri-Hökumət Təşkilatı TRACECA tərəfindən rəsmi olaraq dəstəklənir.

Xəbərlər

Bütün xəbərlər