17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

14 - 16 may 2018 • Bakı Ekspo Mərkəzi

Sərgi » Rəylər

Taleh Ziyadov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru

“Bakı Limanının hədəfi böyük Avrasiya məkanında ticarət və logistika mərkəzinə çevrilməkdir. Bu baxımdan, belə sərgilərdə iştirak ən son nəqliyyat texnologiyalarının nümayişi, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından əlverişli imkandır.

 

Sevnur Çakmak, Türkiyə Gəmiqayırma Şirkətlər Assosiasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə meneceri “Şübhəsiz ki, Azərbaycan bazarı Türkiyə şirkətləri üçün kifayət qədər cəlbedicidir. Son illər ərzində yeni nəqliyyat layihələrinin reallaşdırılması gəmiqayırma şirkətlərinin də yerli bazara olan marağını artırır. Buna görə də, hazırkı sərgi regionun mühüm tədbiri kimi cəlbedici olmaqla yanaşı, tanınmış iştirakçıları daim bir araya toplayıb”.

 

 

Xəbərlər

Bütün xəbərlər